Bakıda xeyli partlayıcı pirotexniki vasitə aşkarlanıb

Bakıda xeyli partlayıcı pirotexniki vasitə aşkarlanıb
Yayınlanma tarixi: 27.12.2022 14:13:57

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sağlamlığa zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Suraxanı, Sabunçu rayonlarında keçirdikləri tədbirlərlə müxtəlif çeşidlərdə 14000 artıq yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

GÜNÜN MANŞETLERİ