Bakıda usta təmir etdiyi avtomobilin altında qalıb öldü

Bakıda usta təmir etdiyi avtomobilin altında qalıb öldü
Yayınlanma tarixi: 28.12.2022 11:36:25

Bu barədə Xətai rayon prokurorluğundan məlumat verilib.

Bakıda usta təmir sexində avtomobilin altında qalıb ölüb.

Xətai rayon prokurorluğundan "İslamazeri.com"a verilən məlumata görə, dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

GÜNÜN MANŞETLERİ