Bakıda silah-sursat bağlaması tapılıb

Bakıda silah-sursat bağlaması tapılıb
Yayınlanma tarixi: 23.11.2022 12:11:32

Bakıda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat tapılıb.

Bağlamada 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyən edilib.

Araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ