Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb
Yayınlanma tarixi: 31.10.2022 11:07:43

Bu barədə DİN-dən bildirilib.

Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

Bu barədə "İslamazeri.com"a DİN-dən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.

GÜNÜN MANŞETLERİ