Bakıda MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

Bakıda MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək
Yayınlanma tarixi: 11.10.2022 14:27:31

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

MN-dən "İslamazeri.com"a verilən məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikaları silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək.
İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.

GÜNÜN MANŞETLERİ