Bakıda marketə saxta pul verən şəxs tutulub

Bakıda marketə saxta pul verən şəxs tutulub
Yayınlanma tarixi: 20.12.2022 12:12:42

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bakıda marketə saxta pul verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, dekabrın 19-da saat 02.35-də Sabunçu rayonunun Savalan yaşayış sahəsində yerləşən marketlərin birində satıcıya 2 ədəd 200 manatlıq saxta əskinas verən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Tural Becanov olması müəyyən olunub və 14-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ