Bakıda Hava Limanında sərnişindən tapança tapılıb

Bakıda Hava Limanında  sərnişindən tapança tapılıb
Yayınlanma tarixi: 19.11.2022 10:17:10

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Bu barədə İslamazeri.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. 

Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

GÜNÜN MANŞETLERİ