Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada yanğın olub
Yayınlanma tarixi: 13.10.2022 17:45:16

Bakıda çoxmərtəbəli binada yanğın olub, iki nəfər zəhərlənib.

İslamazeri.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

GÜNÜN MANŞETLERİ