Bakıda çörək şirkəti fəaliyyətini dayandırır

Bakıda çörək şirkəti fəaliyyətini dayandırır
Yayınlanma tarixi: 21.10.2022 10:00:39

Noyabrın 26-da “Pirallahı-Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə "İslamazeri.com"a ASC-nin İdarə Heyətindən bildirilib.

Məlumata görə, gündəlikdə duran əsas məsələ səhmdar cəmiyyətinin ləğv edilməsi və ləğvetmə komissiyasının üzvlərinin və sədrinin seçilməsidir.

Qeyd edək ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, 8 Noyabr prospekti 23 (keçmiş Nobel prospekti) nömrəli ünvanda “AMAY” ticarət mərkəzində keçiriləcək.

GÜNÜN MANŞETLERİ