Bakıda "Bakubus" 84 yaşlı kişini vuraraq öldürüb

Bakıda
Yayınlanma tarixi: 10.11.2022 10:08:35

"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb.

İslamazeri.com xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus marşrut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

GÜNÜN MANŞETLERİ