Bakıda bağlanan yollar açılıb

Bakıda bağlanan yollar açılıb
Yayınlanma tarixi: 8.11.2022 14:25:27

Bu gün Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

 

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərlə əlaqədar bağlanan yollarda nəqliyyatın hərəkəti bərpa olunub.

İslamazeri.com xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yürüşlər tam təhlükəsiz şəraitdə başa çatıb.

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı.

GÜNÜN MANŞETLERİ