Bakı-Şamaxı-Yevlax yolunda piyada keçidi istifadəyə verilib

Bakı-Şamaxı-Yevlax yolunda piyada keçidi istifadəyə verilib
Yayınlanma tarixi: 13.10.2022 14:21:18

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5-ci km-də inşa olunan yerüstü piyada keçidi istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "İslamazeri.com" verilən məlumata görə, piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.

İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40.4 metr, aşırım hissəsinin uzunluğu 33 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur. 21.4-cü km-lik hissədə isə yeni keçidin tikintisi üçün sənədləşmə işləri aparılır.

GÜNÜN MANŞETLERİ