Bakı-Qazax avtomagistralında su basmış yerlərdə problem aradan qaldırılıb

Bakı-Qazax avtomagistralında su basmış yerlərdə problem aradan qaldırılıb
Yayınlanma tarixi: 16.10.2022 13:12:29

Bu barədə FHN-dən məlumat verilib.

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.

GÜNÜN MANŞETLERİ