Bakı metropolitenində qatarların sayı 23-ə çatıb

Bakı metropolitenində qatarların sayı 23-ə çatıb
Yayınlanma tarixi: 5.11.2022 14:54:58

Bu il üçün gətirilməsi nəzərdə tutulan 2 yeni qatar artıq "Bakı Metropoliteni"nin deposundadır.

İslamazeri.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla da Bakı metropolitenində yeni qatarların sayı 23, vaqonların sayı 115 ədəd olub. Qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.

GÜNÜN MANŞETLERİ