Bakı məktəblərində həssas qrupa daxil olan şagirdlər müəyyənləşdiriləcək

Bakı məktəblərində həssas qrupa daxil olan şagirdlər müəyyənləşdiriləcək
Yayınlanma tarixi: 14.10.2022 17:37:50

Bakı məktəblərində həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görülür.

İslamazeri.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə ölkədə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə, həssas qruplarla işə diqqət artırılıb və daha konkret yanaşma müşahidə olunur:

"Uşaqların müdafiəsi istiqamətində əməkdaşlıq genişləndirilməli, aidiyyəti qurumlarla mövcud vəziyyət müzakirə edilməli, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salınmalı və daha səmərəli işçi platformasının yaradılmasına nail olmalıyıq.

GÜNÜN MANŞETLERİ