Bakı-Ələt yolunda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq

Bakı-Ələt yolunda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq
Yayınlanma tarixi: 22.12.2022 10:49:13

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Dekabrın 24-dən 25-nə keçən gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 25-ci km-də (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun qarşısında) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılmasıdır.

Qurum sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.

GÜNÜN MANŞETLERİ