Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində nümayiş olunub

Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində nümayiş olunub
Yayınlanma tarixi: 11/1/2021 4:12:39 PM

Təqdim edilən əsərlər sərgi ziyarətçilərində böyük maraq doğurub.

Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2021” beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İslamazeri.com-a bildirilib ki, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovaya məxsus “ASMAR Art” pavilyonunda Azərbaycan rəssamları ilə yanaşı, Türkiyə, Fransa, Əlcəzair və Gürcüstandan olan müəlliflərin də sənət əsərləri təqdim olunub.

Onların arasında Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun impressionist üslubda çəkdiyi əsərlər də olub.

Pavilyonda təqdim olunan əsərlərdəki rəng sxemi, ətraf aləmin qavranılması kimi mühüm məsələlər sərgi ziyarətçilərində böyük maraq doğurub.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM