Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:4.08.2022 23:38:57

Xəbər verildiyi kimi bu gün Azərbaycanın Britaniyadakı səfirliyinə bir qrup hücum edərək, dini bayraqlar qaldırıblar

Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb - videoya keçid.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, araşdırma zamanı məlum oldu ki, radikalların mənsub olduqları təşkilat “Mehdi Qulluqçuları”dır. "Fədək TV" vasitəsilə yayımlanan bu hücumu həyata keçirənlər Küveytin nəzarətindədir. Özünü alim adlandıran Yasir Əl Həbib bu qruplaşmalara rəhbərlik edir.

2018-ci il martın 10-da bir dəstə xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn əl-Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qrupunun bayrağı ilə əvəzləmişdilər.


Azərbaycanın Londondakı səfirliyinə hücum edənlər kimlərdir? - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyəyə məxsus döyüş təyyarələri Suriya Ordusunun mövqelərinə hava zərbələri endirib
    Hücum nəticəsində 3 əsgər ölüb, 6-sı yaralanıb.
     17.08.2022
    AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
     17.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ