Azərbaycandan Trampın təklifinə cavab: Qəbul edirik

Azərbaycandan Trampın təklifinə cavab: Qəbul edirik
Yayınlanma tarixi: 1/21/2026 12:10:01 PM

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib.

İslamazeri.com  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Donald Tramp yanvarın 16-da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycanı quruma təsisçi üzv dövlət olmağa dəvət edib:

"Azərbaycan həmin dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ-nin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ-yə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".

GÜNÜN MANŞETLERİ

Şəban ayında ən üstün əməl
DİN

Şəban ayında ən üstün əməl

1/21/2026 9:20:01 AM
Ağsuda zəlzələ olub - AMEA
ÖLKƏ

Ağsuda zəlzələ olub - AMEA

1/21/2026 9:00:01 AM