Azərbaycanda yeni milli parklar yaradılacaq

Azərbaycanda yeni milli parklar yaradılacaq
Yayınlanma tarixi: 26.10.2022 17:23:49

"Ölkədə yeni milli parkların yaradılması və mövcud qoruqların milli parklara çevrilməsi nəzərdə tutulub".

İslamazeri.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda qonaq olarkən deyib.

O bildirib ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən prosedura başlanılıb:

"Məqsəd odur ki, ekosistemə turistlərin, vətəndaşların əlçatanlığı təmin olunsun".

F. Əliyev turistlərin ən çox səfər etdiyi milli parkların adlarını da açıqlayıb.

O bildirib ki, bunlar Göygöl, Abşeron və Şahdağ milli parklarıdır:

"Bu ilin iyul-avqust aylarında Göygöl milli parkına 180 mindən çox turist axın edib. Ötən illərlə müqayisədə milli parklara turist axını artıb".

GÜNÜN MANŞETLERİ