Azərbaycanda yeni dərsliyin tədrisinə başlanılıb

Azərbaycanda yeni dərsliyin tədrisinə başlanılıb
Yayınlanma tarixi: 11.10.2022 13:13:52

Təhsil İnstitutunun hazırladığı Təbiət - 6 (Science 6) dərsliyinin pilot tədrisinə başlanılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə İnstitutun direktoru Rüfət Əzizov məlumat verib.

O bildirib ki, dərsliyin gələn il kütləvi istifadəsi planlaşdırılır.

"Dərslik ən yeni təcrübələri özündə əks elətdirərək, cəlbedici tərtibatda hazırlanıb. Dərsliyin hazırlamasında Sinqapurun Alston nəşriyyat evi ilə məsləhətləşmələr aparılıb və müəlliflər təlimlərə cəlb edilib. Müəlliflərimizi təbrik edirəm və layihə rəhbərlərinə təşəkkür edirəm. Dərslikdə hər bölmənin əvvəlində bölmədəki mövzular əsasında qazanılan bilik və bacarıqlar sadalanır. Daha sonra tədqiqat sualları, tanış situasiya və ona aid suallar təqdim olunur. Situasiya təhlil olunur. Tədqiqat sualına cavab tapmaq üçün praktik tapşırıqlar verilir və nəticədə proses bacarıqları inkişaf etdirilir. Araşdırmadan sonra yeni mövzu izah olunur.

Düşün - müzakirə et - paylaş hissəsində isə düşünmək və sinif yoldaşları ilə müzakirə etmək üçün suallar nəzərdə tutulur. Belə müzakirələr zamanı müstəqil düşünmə və kommunikasiya bacarıqları inkişaf etdirilir. Öyrəndiklərinizi yoxlayın, öyrəndiklərinizi tətbiq edin və ümumiləşdirici tapşırıqlar yeni anlayışları fərqli situasiyaya tətbiq etməyə və qazanılmış bilikləri dərinləşdirərək möhkəmləndirməyə kömək edir" - deyə o qeyd edib.

 

GÜNÜN MANŞETLERİ