Azərbaycanda uşaqlarla işləyənlərə dair tələblər dəyişdirilir

Azərbaycanda uşaqlarla işləyənlərə dair tələblər dəyişdirilir
Yayınlanma tarixi: 28.10.2022 13:45:23

Azərbaycanda uşaqlarla işləyənlərə dair qoyulmuş tələblər dəyişdirilir.

İslamazeri.com xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında keçirilən növbəti iclasında müzakirə olunub.

Belə ki, məsələ ilə bağlı Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilir.

Dəyişikliklərdə uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb.

GÜNÜN MANŞETLERİ