Azərbaycan Yazıçılar Birliyinin qurultayı başlayıb

Azərbaycan Yazıçılar Birliyinin qurultayı başlayıb
Yayınlanma tarixi: 26.10.2022 11:05:59

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir.

İslamazeri.com xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Sonra qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında öz işinə başlayıb.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edir.

Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

GÜNÜN MANŞETLERİ