Azərbaycan XİN müavini italiyalı həmkarı ilə görüşüb

Azərbaycan XİN müavini italiyalı həmkarı ilə görüşüb
Yayınlanma tarixi: 12/2/2021 5:17:07 PM

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Stokholmda İtaliya tərəfinin təşəbbüsü ilə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova ilə görüşüb.

Bu barədə İslamazeri.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşün əvvəlində, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Azərbaycan Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusunun şəhid olması ilə nəticələnən helikopter qəzasına görə başsağlığı verib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

F.Rzayev həmkarına bölgədə münaqişə sonrası vəziyyət, o cümlədən Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərində aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM