Azərbaycan XİN: Mina qurbanlarının sayı 262 nəfərə çatıb

Azərbaycan XİN: Mina qurbanlarının sayı 262 nəfərə çatıb
Yayınlanma tarixi: 24.10.2022 09:29:26

2020-ci ildə Qarabağ müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 262 nəfərə çatıb.

Az.shafaqna.com-un verdiyi məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində edilən paylaşımda bildirilib.

"Ermənistan tərəfindən basdırılmış minanın daha bir fəsadı. Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 2️62 nəfərə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!", - deyə nazirlik qeyd edib.

GÜNÜN MANŞETLERİ