Azərbaycan və Serbiya arasındakı saziş ratifikasiya edilib

Azərbaycan və Serbiya arasındakı saziş ratifikasiya edilib
Yayınlanma tarixi: 21.10.2022 12:08:13

Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

İslamazeri.com xəbər verir ki, layihədə bu sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" 2022-ci il aprelin 7-də imzalanıb.

Saziş qeyri-müəyyən müddətə bağlanıb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

GÜNÜN MANŞETLERİ