Azərbaycan və Rusiya prezidentləri arasında görüş

Azərbaycan və Rusiya prezidentləri arasında görüş
Yayınlanma tarixi: 13.10.2022 23:28:42

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

İslamazeri.com-un xəbərinə görə, görüş Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində baş tutub.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib: "Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyəyə çatıb. Biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. İqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək."

“Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz uzunmüddətli sülhə hədəflənmişik. Hesab edirik ki, nəhayət, bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik”, - deyə dövlətimizin başçısı qeyd edib.

GÜNÜN MANŞETLERİ