Azərbaycan Prezidenti Emoməli Rəhmona başsağlığı verib

Azərbaycan Prezidenti Emoməli Rəhmona başsağlığı verib
Yayınlanma tarixi: 22.02.2023 16:10:49

Azərbaycan Prezidenti Emoməli Rəhmona başsağlığı verib.

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib.

İslamazeri.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

GÜNÜN MANŞETLERİ