Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
Yayınlanma tarixi: 5/22/2026 10:18:41 AM

Azərbaycan nefti bahalaşıb.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları və ya 1,62 % artaraq 114,14 ABŞ dolları təşkil edib.

İslamazeri.com xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 111,71 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,85 ABŞ dolları və ya 1,68 % artaraq 111,82 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var

5/22/2026 2:37:59 PM
Sabah 28 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 28 dərəcə isti olacaq

5/22/2026 1:12:00 PM