Azərbaycan nefti BAHALAŞIB

Azərbaycan nefti BAHALAŞIB
Yayınlanma tarixi: 1/13/2026 10:37:00 AM

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları və ya 0,04% artaraq 68,54 ABŞ dollarına bərabər olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,51 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

GÜNÜN MANŞETLERİ