Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.08.2022 10:08:45

Azərbaycan-İran-Rusiya hökumət rəsmilərinin üçtərəfli görüşünün müzakirə mövzuları açıqlanıb. Üç ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər.

İslamazeri.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

“İran-Azərbaycan-Rusiya arasında keçiriləcək üçtərəfli görüşdə tranzit və gömrük məsələləri, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi marşrutlarının şaxələndirilməsi, eləcə də İranın nəqliyyat naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin görüşundə dəmir yolu terminalı, yeni sərhəd körpüsü layihələrin son vəziyyəti nəzərdən keçiriləcək”, - səfir vurğulayıb.

Səfir görüşün vaxtını açıqlamayıb.

Seyid Abbas Musəvi Astara (İran) şəhərinin meri və bu şəhərin İran parlamentindəki deputatı ilə Astaraçay çayı üzərindəki körpü və yük dəmir yolu stansiyasına baş çəkib. İran-Azərbaycan sərhədindəki bu obyektlər hazırda inşa olunmaqdadır.

Qeyd edək ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edir.

Bildirilir ki, nəqliyyat dəhlizi yaxın vaxtlarda İran, Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkələrini birləşdirəcək. Astaraçay çayı üzərindən keçən körpü də Şimal-Cənub dəhlizinə birləşdiriləcək.


Azərbaycan, İran və Rusiya beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ