Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsinin hazırlanmasını razılaşdırıb

Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsinin hazırlanmasını razılaşdırıb
Yayınlanma tarixi: 2/24/2026 5:16:01 PM

Azərbaycan və İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.

Azərbaycan və İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.

"İslamazeri.com" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib: "İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq".

GÜNÜN MANŞETLERİ