Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
Yayınlanma tarixi: 17.10.2022 12:25:16

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.

GÜNÜN MANŞETLERİ