Azərbaycan bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalını artırıb
Yayınlanma tarixi: 16.11.2022 10:21:33

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz “Twitter“ hesabında paylaşım edib.

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 755,2 mln kVt/saat elektrik enerjisi istehsal edilib, bu da ilik müqayisədə 357,9 mln. kVt/saat çoxdur.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz “Twitter“ hesabında paylaşım edib.

“Yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 357,9 mln. kVt/saat artımla 1755,2 mln kVt/saat elektrikenerjisi istehsal edilib”, - paylaşımda bildirilir.

GÜNÜN MANŞETLERİ