Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:17.09.2022 14:41:16

Ayətullah Xamenei möcüzəli Ərbəin yürüşünü Əhli-Beyt (ə) bayrağını dalğalandırmaq üzrə Allah-Taalanın iradəsinin nişanəsi adlandırıb.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün Ərbəin günü münasibətilə keçirilən tələbələrin əzadarlıq mərasimində çıxış edib.

İslamazeri.com xəbər verir ki, Ayətullah Xamenei çıxışında bildirib:

"Möcüzəli Ərbəin yürüşü hadisəsi heç bir bəşəri tədbir və siyasət ilə reallaşa bilməz və bu, Allah-Taalanın işidir ki, bu əzəmət ilə, qarşımızda duran yolun aydın və gediləsi olduğunu müjdə verir".

Ərbəinin gənclərin qəlblərində ilahi hidayətin artmasına, həmçinin dua və moizəyə keyfiyyət bəxş etməyə səbəb olduğunu bildirən Ayətullah Xamenei vurğulayıb:

"İmam Hüseynin (ə) uca bayrağı olan Ərbəin mərasimi, bu il, tarixdəki hər bir dövrdəkindən daha əzəmətli keçirildi".

İnqilab rəhbəri gənclərə gənclik dövrünün qədrini bilməyi tövsiyə edib və deyib:

"Heyətlər həm Əhli-Beytin (ə) xatirəsini yaşatmalıdır, həm də həqiqətlərin bəyan mərkəzi və bazası olmalıdırlar".

Həqiqətlərin qarşını alan düşmənlərin eşq dolu Ərbəin yürüşü kimi mühüm hadisələrə qarşı ardıcıl səylərinə toxunan Ayətullah Xamenei hamıya öz vəzifəsini bilməyi tapşırıb və bildirib:

"Quranın iki həyati və ölməz cümləsi, yəni haqqa və səbrə tövsiyəsi, həmişəlik və xüsusən bu günümüz üçün əsaslı bir sərəncamdır.

Ayətullah Xamenei səbri, özünü çıxılmazlıqda görməmə, yorulmama və müqavimət mənasında adlandırıb, həmçinin gənclərə deyib:

"Həm özünüz haqq yolunu gedin, həm də səy göstərin ki, universitet də daxil olmaqla müxtəlif mühitləri ilahi nura qərq etməklə başqaları da bu yola istiqamətlənmiş olsunlar.

Mərasimin əvvəlində əzadar tələbələr İran İslam İnqilabının Rəhbərinin hüzurunda müqəddəs Kərbəlanın zəvvarları ilə bir səslə «Ləbbeyk, ya Hüseyn!» nidası səsləndiriblər.


Ayətullah Xamenei: Ərbəin yürüşünün əzəməti uca Allahın iradəsinin nişanəsidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ