Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib
Yayınlanma tarixi: 12/26/2022 12:18:49 PM

"Bəzi kabel yayımçılarında qeyri-qanuni fəaliyyət göstərən kanallar olduğuna dair məlumatlar var. Biz onları lisenziya almağa dəvət edirik".

Kabel operatorlarda yayımlanan kanalların 90 faizi lisenziya əsasında fəaliyyət göstərir.

İslamazeri.com xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, gələn ildən bu rəqəmi 100 faizə çatdırmağı hədəfləyirlər:

"Bəzi kabel yayımçılarında qeyri-qanuni fəaliyyət göstərən kanallar olduğuna dair məlumatlar var. Biz onları lisenziya almağa dəvət edirik. Əks halda onların fəaliyyəti dayandırılacaq. Eyni zamanda, gələn ildən hansısa bir bədii film pirat üsulla yayımlansa, həmin kanal cəzalandırılacaq. İndidən kanalları xəbərdar edirik".

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM