Amnistiya kimlərə şamil ediləcək? - AÇIQLAMA

Amnistiya kimlərə şamil ediləcək? - AÇIQLAMA
Yayınlanma tarixi: 11/2/2021 3:46:54 PM

Amnistiya tətbiq ediləcək şəxslərin dairəsi açıqlanıb.

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Amnistiya

Vətən müharibəsində və Azərbaycanın suverenliyinin ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına;

Vətən müharibəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar habelə digər xüsusi xidmətlərə görə Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslərə;

Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunan şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənsitan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşən şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olan şəxslərin yaxın qohumlarına;

Bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya şəxslərin yaxın qohumlarına;

Çernobl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslərə (himayəçilik qanunvericilik nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa).

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM