Amnistiya aktının indiyə qədər tədbiq edildiyi məhkumların sayı açıqlanıb

Amnistiya aktının indiyə qədər tədbiq edildiyi məhkumların sayı açıqlanıb
Yayınlanma tarixi: 1/8/2026 11:21:23 AM

"Konstitusiya və Suverenlik İli" münasibətilə aministiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən 7 yanvar tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3.846 məhkum barəsində tətbiq olunub.

İslamazeri.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 1.799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1.764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.

Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2.992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.

Həmçinin, amnistiya tətbiq olunmuş şəxslərdən 3.625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.

Amnistiya aktının icrası davam etdirilir.

GÜNÜN MANŞETLERİ