Amerikalı konqresmenlər Gürcüstana gəlir

Amerikalı konqresmenlər Gürcüstana gəlir
Yayınlanma tarixi: 1/28/2026 5:33:21 PM

ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstanda görüşlər keçirəcək.

İslamazeri.com xəbər verir ki, ABŞ-nin Gürcüstandakı səfirliyi tərəfindən yayılmış məlumata görə, nümayəndə heyətinin üzvləri Gürcüstanın rəsmi şəxsləri və müxalifət liderləri ilə görüşəcəklər.

“Konqresin əməkdaşlarından ibarət nümayəndə heyətinə Gürcüstanda ev sahibliyi etməkdən məmnunuq. Regional səfər çərçivəsində, nümayəndə heyətinin üzvləri Gürcüstanın rəsmi şəxsləri və müxalifət liderləri ilə görüşəcəklər. Həmçinin, Gürcüstandakı mövcud vəziyyətlə tanış olmaq üçün Tserovanidəki məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsini ziyarət edəcəklər” – ABŞ səfirliyinin məlumatında deyilir.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var

5/22/2026 2:37:59 PM
Sabah 28 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 28 dərəcə isti olacaq

5/22/2026 1:12:00 PM