Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar paketi Serbiyanı da əhatə edib.
"İslamazeri.com"un Azərtac-a istinadən verdiyi xəbərə görə, yeni sanksiyalar çərçivəsində Serbiya noyabrın 1-dən etibarən Xorvatiya üzərindən Rusiya xam neftini ala bilməyəcək. Belə ki, Serbiyanın JANAF boru kəməri vasitəsilə Rusiya neftini idxal etməsi mümkün olmayacaq, lakin alternativ kommersiya kanallarından istifadə edə biləcək.
Qeyd edək ki, Serbiya son 16 ildə Rusiyadan neft idxalını 60 faiz artırıb.
Xatırladaq ki, Aİ daha əvvəl Qərbi Balkan regionunun enerji təhlükəsizliyini nəzərə alaraq, bu ölkələrin Rusiya neftinin idxalı ilə bağlı qadağalardan azad ediləcəyini açıqlamışdı.