Aİ İrana qarşı yeni sanksiya tətbiq edəcək

Aİ İrana qarşı yeni sanksiya tətbiq edəcək
Yayınlanma tarixi: 21.10.2022 10:10:14

Avropa İttifaqına üzv dövlətlər Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) təhvil verilməsi iddiası ilə bağlı İrana sanksiya tətbiq etmək qərarına gəlib.

İslamazeri.com xəbər verir ki, bu barədə Avropa İttifaqı sədrinin Çexiyadan verilən məlumatında bildirilib.

Yeni qərar çərçivəsində 3 İran vətəndaşı və 1 təşkilata qarşı sanksiya tətbiq olunacaq.

Daha əvvəl tətbiq olunan sanksiya siyahısına daxil edilmiş 4 İran təşkilatına qarşı tətbiq edilən sanksiyaların müddəti də uzadılacaq.

Aİ-nin sanksiyalarına aktivlərin dondurulması, səyahət və maliyyə qadağaları daxildir.

Sanksiya qərarının bu gün Avropa İttifaqının rəsmi qəzetində dərc edilməsi gözlənilir.

GÜNÜN MANŞETLERİ