"İsrailin Fələstin məktəbini dağıtması dəhşətvericidir"
Avropa Birliyi Fələstin məktəbinin İsrail tərəfindən dağıdılmasının sarsıdıcı və beynəlxalq hüquqa zidd olduğunu və uşaqların təhsil haqqına hörmət edilməli olduğunu vurğulayıb.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının bəyanatında bildirilib:
"İsrail ordusu tərəfindən Cüb əd-Dhib məktəbinin dağıdılması bizi sarsıtdı. İsrail fələstinlilərin iztirab və məşəqqətini daha da artıran bu tip söküntü əməliyyatlarını dayandırmalıdır".
Bu məktəb Avropa Birliyinin maliyyə dəstəyi ilə tikilib və orada 60 fələstinli tələbə təhsil alıb.
Avropa Birliyi bu məktəbin sökülməsini beynəlxalq hüquqa zidd kimi qiymətləndirib və uşaqların təhsil hüququna hörmət edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrail rejimi 2016-cı ildən bəri Fələstin ərazisində 11 məktəbi dağıdıb.