Ağalıda məşğulluğun təmin edilməsi üçün yeni layihəyə başlanılıb

Ağalıda məşğulluğun təmin edilməsi üçün yeni layihəyə başlanılıb
Yayınlanma tarixi: 26.10.2022 15:33:11

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində sakinlərin məşğulluğunun təmin edilməsinə yönəlmiş tədbirlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs arasındakı əməkdaşlıq çərçivəsində Ağalı kəndində sosial iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni layihəyə başlanıb.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.

Bundan əlavə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq həyata keçirilərək 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.

Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub.

GÜNÜN MANŞETLERİ