Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:2.08.2022 11:37:14

Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb.

Bu barədə "İslamazeri.com"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Balakən, Bərdə və Ucar rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Balakən rayonunun Roçəhməd və Qazma kəndində, Bərdə rayonunun Otuzikilər kəndində, Ucar rayonunun Qarabörk kəndində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 35min manat ziyan dəyib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 250 000 manatlıq qaz borusu oğurlanıb
    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
     24.09.2022
    Kənanidən Blinkenə cavab:
    "İstər ölkə daxilində, istərsə də xaricdə insan haqları ilə bağlı biabırçı tarixi olan ABŞ özünü daha yüksək əxlaqi mövqedə görməyə və dünyaya təbliğ etməyə necə cəsarət edir?".
     24.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ