"Prezident olduqca aydın şəkildə bildirdi ki, ABŞ nə sabah, nə gələn ay, nə də gələn il Rusiya ilə birbaşa döyüşmək üçün Ukraynaya qoşun göndərəcək".
ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı döyüşlərdə iştirak üçün Ukraynaya ABŞ qüvvələrini göndərməyəcək.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bəyan edilib.
“Prezident olduqca aydın şəkildə bildirdi ki, ABŞ nə sabah, nə gələn ay, nə də gələn il Rusiya ilə birbaşa döyüşmək üçün Ukraynaya qoşun göndərəcək. Bunun əvəzində biz Ukraynayamilyard-milyard dollarlıq hərbi avadanlıq və qabaqcıl silahlar göndəririk“, – deyə qeyd edilib.
Vurğulanıb ki, ABŞ Rusiya ilə birbaşa toqquşma axtarışında deyil. Bu, Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona bugünkü 1-günlük səfərindən sonra da dəyişməz olaraq qalacaq.
“Biz Rusiya ilə birbaşa müharibəyə cəlb olunmağa can atmırıq“, – deyə əlavə edilib.