AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub
Yayınlanma tarixi: 20.02.2023 10:27:17

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı dəqiqləşib.

İslamazeri.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı martın 7-də olacaq.

Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi

- Konfransın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
- Maliyyə hesabatlarının təsdiq olunması;
- Müstəqil auditorun hesabatını nəzərə almaq;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.

GÜNÜN MANŞETLERİ