Abşeronda sexdə 20 ton bitum yanıb

Abşeronda sexdə 20 ton bitum yanıb
Yayınlanma tarixi: 14.11.2022 11:21:57

Abşeron rayonunda bitum sexində yanğın olub.

"İslamazeri.com"un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ərazisində tutumu 20 ton olan çəndə bitum yanıb.

Yaxınlıqda olan digər çənlər və sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

GÜNÜN MANŞETLERİ