ABŞ rusiyalı haker üçün 10 milyon dollar vəd edib

ABŞ rusiyalı haker üçün 10 milyon dollar vəd edib
Yayınlanma tarixi: 17.05.2023 14:45:05

ABŞ rusiyalı haker üçün 10 milyon dollar vəd edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti ölkədə icra strukturları, şirkətlər və mühüm infrastruktur sahələrini hədəf alan bir çox hakerlik fəaliyyətində rol oynadığı səbəbiylə Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin tutulması üçün məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcəyini elan etdi.

Sözügedən mövzu ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller yazılı açıqlama verərək bildirib: “Rusiya kibercinayətkarlar üçün təhlükəsiz sığınacaqdır və zərərli proqramçıları ABŞ, onun tərəfdaşları və müttəfiqlərinə qarşı sərbəst şəkildə kiber əməliyyatlar aparır.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Mükafat Proqramı çərçivəsində Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin beynəlxalq mütəşəkkil cinayətkarlıqla əlaqədar saxlanılması və məhkum edilməsi üçün məlumat verənlərlərə 10 milyon dollara qədər mükafat təklif edilir.

Ədliyyə Nazirliyinin Vaşinqton və Nyu Cersi ştatlarında iki məhkəmədə M.P.Matveyevə qarşı iddia qaldırılıb. Rusiyalı haker ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınıb”.

GÜNÜN MANŞETLERİ