ABŞ İsveçdə Quranın yandırılmasını pisləmir

ABŞ İsveçdə Quranın yandırılmasını pisləmir
Yayınlanma tarixi: 24.01.2023 14:03:09

"Türkiyənin Stokholm səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına da toxunaraq deyib ki, demokratiyanın əsasları olaraq təşkilatlanmaq və toplaşmaq hüququnu dəstəkləyirik"

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyenin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasını pisləməyib, ancaq hadisənin hörmətsizlik və mənfur hadisə olduğunu bildirib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında sualları cavablandırarkən deyib:

"Türkiyənin Stokholm səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına da toxunaraq deyib ki, demokratiyanın əsasları olaraq təşkilatlanmaq və toplaşmaq hüququnu dəstəkləyirik. Ancaq, İsveç Baş nazirinin (Ulf Kristersson) dediyi kimi, çox sayda insan üçün müqəddəs olan bir kitabı yandırmaq hörmətsizlikdir. Qanuni olan hər şey uyğundur demək düzgün deyil. Bəzi şeylər qanuni, amma çirkin ola bilər. Eyni zamanda, İsveçdə baş verənlərin avropalı müttəfiqlərimiz arasında birliyi zəiflətmək üçün qəsdən edildiyini bilirik. Bu hərəkət İsveç hökumətinin hərəkəti deyil. Türkiyə ilə İsveçin arasını vurmaq niyyəti ilə hərəkət edən bədxah bir təxribatçının hərəkətidir.".

Ağ Evin sözçüsü Karine Jean-Pierre isə, İsveçin Baş naziri Ulf Kristerssonun Türkiyənin İsveçdəki Stokholm səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı, “Qanuni ola bilər, ancaq uyğun olduğu mənası daşımaz" ifadəsini dəstəklədiklərini və bu davranışın "son dərəcə hörmətsiz bir hərəkət" olduğunu dilə gətirib.

GÜNÜN MANŞETLERİ