ABŞ: İsfahanda baş verənlərdə Ağ Evin əli yoxdur

ABŞ: İsfahanda baş verənlərdə Ağ Evin əli yoxdur
Yayınlanma tarixi: 30.01.2023 15:18:43

Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Patrik Rayder bildirib.

ABŞ hərbçiləri İranda baş verən dron hücumunda iştirak etməyib.

İslamazeri.com “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Patrik Rayder bildirib.

O, əlavə şərh verməyib.

Həmçinin bir neçə Pentaqon əməkdaşı anonimlik əsasında bəyan ediblər ki, İsfahanda baş verənlərdə Ağ Evin əli yoxdur.

Xatırladaq ki, bazar günü gecə saatlarında İsfahan şəhərində partlayış baş verib. İran Müdafiə Nazirliyindən qeyd edilib ki, nazirliyin təsisatlarından birinə dronlar vasitəsilə uğursuz hücum həyata keçirilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

GÜNÜN MANŞETLERİ